5-ci Qaç-Qazan Müsabiqəsinin Qalibi Məlum Oldu!

10 Sentyabr tarixində keçirilən 5-ci Qaç-Qazan müsabiqəsinin qalibi Nizami Nəbiyev oldu. Nizami bəy, Qaç-Qazan müsabiqəsində Greyder, OVS, DeFacto, Karaca Home, Acoola Kids, Sabina Perfumery&Cosmetics, Sabina Perfumery&Cosmetics, Libraff mağazalarından bir qucaq hədiyyə qazandı.

Qaç-Qazan müsabiqəsinin digər 3 iştirakçısı isə Colin`s, Cinema Plus və OVS– dan hədiyyələrə layiq görüldülər. Eyni zamanda, Qaç-Qazan müsabiqəsinin izləyiciləri ilə keçirilən Sual-Cavab müsabiqəsinin qalibləri CoffeeMania və KFC-dən hədiyyələr qazandılar.

Aparıcılarımızın geyimlərinə görə OVS və DeFacto mağazasına minnətdarlığımızı bildiririk. 

Bildirmək istərdik ki, Qaç-Qazan müsabiqəsinə qeydiyyat və iştirak Pulsuzdur!

 Əlaqə nömrəsi: 022 267 08 21

Qeyd edək ki, müsabiqə zamanı iddiaçılar arasından lototron vasitəsilə 4 nəfər seçildikdən sonra hər bir iştirakçıya 1000 azn dəyərində bank kartı və qapalı zərf veriləcəkdir. Zərfin içərisində mağaza və həmin mağazadan alınmalı məhsulun adı vardır. Bu alış-veriş siyahısında olan hər bir məhsul, qeyd edilən mağazadan alınmalıdır. Alış-verişi ən düzgün şəkildə, ona təqdim olunan siyahıya uyğun ən birinci tamamlayan və aldığı bütün məhsulların qəbzini də təqdim edən şəxs qalib olacaqdır.

Qeyd edək ki, Qaç-Qazan müsabiqəsinə qeydiyyat və iştirak Pulsuzdur! Müsabiqə ilə daha ətraflı məlumatla keçiddən tanış ola bilərsiniz:

 http://ganjamall.az/az/news/38  

Ötən müsabiqələrdən görüntülər: 

https://www.youtube.com/channel/UCMBSGLxL4i05qmYeabHebdA

Ötən müsabiqələr barədə ətraflı məlumat: http://ganjamall.az/az/news?page=1