Hər il olduğu kimi, Baharın gəlişi ilə fəslin ən gözəl çalarlarına bürünən Gəncə Mall bu il də qonaqlarının həm gözünü, həm də könlünü oxşamağı bacardı.
20-24 mart tarixlərində Novruzun ölkəmizə gəlişi Gəncə Mall -da xüsusi təntənə ilə qeyd edildi. Sevimli Novruz personajları Kosa və Keçəl bir-biri ilə deyişərək qonaqlarla yumurta döyüşdürdü, zəngin milli musiqi və rəqs irsimizin nümunələri nümayiş etdirildi.
Xalqımızın ən qədim və gözəl bayram adət-ənənələrini və atributlarını özündə əks etdirən Novruz tədbirləri qonaqlarımız tərəfindən sevinc və alqışlarla qarşılandı.