Dəyərli qonaqlar!
Uzun müddətli fasilənin ardından yenidən sizinlə görüşə hazırlaşdığımızı elan etmək istəyirik!
Bildiyiniz kimi, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi növbəti qərara əsasən ölkəmizdə xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin 10 iyun 2021-ci il saat 00:00-dan etibarən aradan qaldırılmasına qərar verilmişdir. Qəbul edilmiş qərara əsasən ölkə ərazisində iri ticarət mərkəzlərinin və “Mall”ların fəaliyyəti nəzdindəki uşaq və digər əyləncə mərkəzləri, kinoteatrların fəaliyyəti istisna olmaqla bərpa olunur.
Beləliklə, 10 iyun 2021-ci il tarixindən etibarən Gəncə Mall ticarət mərkəzinin öz fəaliyyətini əvvəlki iş saatlarına uyğun şəkildə bərpa edəcəyini böyük məmnuniyyətlə elan etmək istəyirik!
Qaydaların yumşaldılmasına və əvvəlki normal həyata qayıtma yolunda irəliləməyimizə baxmayaraq, xatırlatmaq istəyirik ki, hər bir şəxs sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər cəmiyyət üzvlərini qorumaq üçün mövcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməli, başqalarını da bu fəaliyyətə dəvət etməlidir.
Ticarət mərkəzinə daxil olan hərkəsi şəxsi gigiyena və tibbi-profilaktik qaydalara riayət etməyə çağırırıq. Eyni zamanda xüsusilə vurğulamaq istəyirik ki, ticarət mərkəzi daxilində qoruyucu maskalardan istifadə və sosial məsafənin gözlənilməsi mütləqdir!
Bir daha ayrılmamaq ümidi ilə, sağlam qalın!