Dəyərli qonaqlar!
Uzun müddətli fasilənin ardından yenidən sizinlə görüşə hazırlaşdığımızı elan etmək istəyirik!
COVID-19 infeksiyasının ölkə ərazisində geniş yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilmiş effektiv tədbirlər nəticəsində müsbət göstəricilər qeydə alınmış, infeksiyanın yayılmasının nəzarət altında saxlanılması mümkün olmuşdur.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi növbəti qərara əsasən ölkəmizdə xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin daha bir qisminin aradan qaldırılmasına qərar verilmişdir. Qəbul edilmiş qərara əsasən, 17 sentyabr 2020-ci il tarixindən etibarən Gəncə Mall ticarət mərkəzinin öz fəaliyyətini əvvəlki iş saatlarına uyğun şəkildə bərpa edəcəyini böyük məmnuniyyətlə elan etmək istəyirik!
Bununla belə, xatırlatmaq istəyirik ki, hər bir şəxs sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər cəmiyyət üzvlərini qorumaq üçün mövcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməli, başqalarını da bu fəaliyyətə dəvət etməlidir.
Ticarət mərkəzinə daxil olan hərkəsi şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməyə, kənar şəxslərlə minimum kontaktda olmağa, mövcud qoruyucu tədbirlərin şərtlərinə riayət etməyə çağırırıq. Sanitar-epidemioloji vəziyyətə uyğun olaraq müəyyən edilmiş yerlərdə qoruyucu vasitələrdən istifadə və sosial məsafənin gözlənilməsi mütləqdir.