Qaç-Qazan Qazandırmağa Davam Edir!

Ən son 6-cısı təşkil edilən Qaç-Qazan müsabiqəsi qazandırmağa davam edir!

Hər yarış sonrası qalibə 1000 AZN dəyərində alış-veriş qazandıran Qaç-Qazan həm digər iştirakçılar, həm də tamaşaçıları əliboş qaytarmır. Müsabiqədə iştirak üçün şəxsiyyət vəsiqəsilə Gəncə Mall-un məlumat masasına yaxınlaşaraq qeydiyyatdan keçmək kifayətdir. Sizə verilən kuponu özünüzdə saxlayırsınız və müsabiqə günü kuponla birlikdə Gəncə Mall-a gəlib bir qucaq hədiyyə qazanırsınız.

Gəlin may ayından etibarən təşkil olunan Qaç-Qazan müsabiqəsinin 6 qalibi və onların nələr qazandığı ilə tanış olaq. 

İlk Qaç-Qazan müsabiqəsinin qalibi Qurbanov Orxan 25 dəqiqə ərzində alış-verişi ona təqdim edilən siyahıya uyğun tamamlayaraq  qalib oldu və Original Marines, NewYorker, Madame Coco, Karaca Toss, Go Sport, Hamilton, Sabina Parfümeriya və Kosmetika, Parfois mağazalarından əldə etdiyi hədiyyələri evə apardı.

11 İyun tarixində keçirilən 2-ci Qaç-Qazan müsabiqəsinin qalibi Nursultan Ziyadov isə Qaç-Qazan müsabiqəsində OVS, Greyder, Bravo Supermarket, De Facto , Poppy Gallery, Acoola Kids, Karaca Home və Libraff mağazalarından bir qucaq hədiyyə qazandı.

3-cü Qaç-Qazan müsabiqəsi 2 iyul tarixində keçirildi və qalib Mehman Tağızadə McDonlads, Bravo Supermarket, Coffeemania, Six, Flo, Süvari, Bebetto, Colin's, Damat’s, Kontakt Home mağazalarından hədiyyələr qazandı.

4-cü Qaç-Qazan müsabiqəsinin qalibi Alkan Ramiqzadə 6 avqustda Karaca Toss, Golden Rose, Hamilton, New Yorker, Acoola Kids, Bravo Supermarket, Lady Sharm, Go Sport, KFC, LC Waikiki mağazalarından hədiyyələrin sahibi oldu.

10 Sentyabrda keçirilən 5-ci Qaç-Qazan müsabiqəsinin qalibi Nizami Nəbiyev Greyder, OVS, DeFacto, Karaca Home, Acoola Kids, Sabina Perfumery&Cosmetics, Sabina Perfumery&Cosmetics, Libraff mağazalarından hədiyyələr qazandı.

Sonuncu, yəni 6-cı Qaç-Qazan müsabiqəsinin qalibi isə Məryəm Laçınova oldu. Məryəm xanım, Qaç-Qazan müsabiqəsində Lady Sharm, Colin's, LC Waikiki, Karaca Home, Bebetto, Flo, Süvari, Golden Rose, Six və Coffeemania-dan alış-veriş edərək onlara sahib oldu.

Əlavə olaraq qeyd edək ki, bütün müsabiqələrdə qalib olmayan digər iştirakçılar da həvəsləndirici hədiyyələrlə mükafatlandırılmışdır.

Qeyd edək ki, müsabiqə zamanı iddiaçılar arasından lototron vasitəsilə 4 nəfər seçildikdən sonra hər bir iştirakçıya 1000 azn dəyərində bank kartı və qapalı zərf verilir. Zərfin içərisində mağaza və həmin mağazadan alınmalı məhsulun adı qeyd olunur. Alış-verişi düzgün şəkildə, ona təqdim olunan siyahıya uyğun ilk olaraq tamamlayan və aldığı bütün məhsulların qəbzini də təqdim edən şəxs qalib olur və aldığı bütün məhsulların sahibi olur.

Xatırladaq ki, növbəti, 7-ci Qaç-Qazan müsabiqəsi 29 Oktyabr 19:00 tarixində keçiriləcəkdir.Siz də qoşulmağa və 1000 AZN dəyərində alış-veriş qazanmağa tələsin!

Qaç-Qazan müsabiqəsinə qeydiyyat və iştirak Pulsuzdur.

Müsabiqə ilə daha ətraflı məlumatla keçiddən tanış ola bilərsiniz:

 http://ganjamall.az/az/news/38  

Gəlin, qeydiyyatdan keçin və qazanın!