Gəncə Mall-da yerləşən mağazaların payız çalarlarını özündə əks etdirən etdiyi yeni payız-qış kolleksiyaları ilə zövqünüzə uyğun seçim etmək heç də çətin olmayacaq.
Payız abu havasını rəngləriylə canlandıran Lc Waikiki payız-qış kolleksiyasını təqdim edir. Məşhur Türkiyə brendinin yeni kolleksiyasını kəşf etməyə tələsin.
Müasir dəbin ən son model geyimlərini təqdim edən De Facto mağazasının kolleksiyasından yüksək keyfiyyəti, dəbli və rəngarəng geyimləri sərfəli qiymətə əldə edə bilərsiniz.
Uşaqlar üçün təklif etdiyi keyfiyyətli geyimlərlə valideynlərin güvənini qazanmış Original Marines-in Payız/Qış 2018-2019 kolleksiyası keyfiyyəti ilə yanaşı gözəl dizaynı ilə balacaları sevindiirəcək.
Daima geniş seçimləri və uyğun qiymətləri ilə müştərilərini sevindirən Ovs, New Yorker kimi brendlər də yeni kolleksiyaları ilə də müştərilərinin qəlbini fəth edəcəkdir.
Bunlara əlavə olaraq, GoSport mağazası yeni mövsüumə uyğun təqdim etdiyi idman geyimlərilə yolunuzu gözləyir.
Gəncə Mall-a gələrək yeni kolleksiyalarla payızı daha dəbli keçirin.