9-cu Qaç-Qazan Müsabiqəsinin Qalibi Məlum Oldu!

24 Dekabr tarixində keçirilən 9-cu Qaç-Qazan müsabiqəsinin qalibi Buludxan Mürsəlov oldu. Buludxan bəy, Qaç-Qazan müsabiqəsində Six, Karaca Home, Coffeemania, Flo, Süvari, Toys Store, Defacto, Poppy Gallery, Decoria, D'S Damat-dan dan bir qucaq hədiyyə qazandı. 

Qaç-Qazan müsabiqəsinin digər 3 iştirakçısı isə NewYorker, Go Sport və CinemaPlus-dan hədiyyələrə layiq görüldülər. Eyni zamanda, Qaç-Qazan müsabiqəsinin izləyiciləri ilə keçirilən Sual-Cavab müsabiqəsinin qalibləri KFC və Coffeemania-dan hədiyyələr qazandılar. 

Aparıcılarımızın geyimlərinə görə NewYorker mağazalarına minnətdarlığımızı bildiririk. 

Bildirmək istərdik ki, Qaç-Qazan müsabiqəsinə qeydiyyat və iştirak Pulsuzdur!

 Əlaqə nömrəsi: 022 267 08 21

Qeyd edək ki, müsabiqə zamanı iddiaçılar arasından lototron vasitəsilə 4 nəfər seçildikdən sonra hər bir iştirakçıya 1000 AZN dəyərində bank kartı və qapalı zərf veriləcəkdir. Zərfin içərisində mağaza və həmin mağazadan alınmalı məhsulun adı vardır. Bu alış-veriş siyahısında olan hər bir məhsul, qeyd edilən mağazadan alınmalıdır. Alış-verişi ən düzgün şəkildə, ona təqdim olunan siyahıya uyğun ən birinci tamamlayan və aldığı bütün məhsulların qəbzini də təqdim edən şəxs qalib olacaqdır.

Qeyd edək ki, Qaç-Qazan müsabiqəsinə qeydiyyat və iştirak Pulsuzdur! Müsabiqə ilə daha ətraflı məlumatla keçiddən tanış ola bilərsiniz:

 http://ganjamall.az/az/news/38  

Ötən müsabiqələrdən görüntülər: 

https://youtu.be/J65LUOXP22s