Növbəti Qaç-Qazan Müsabiqəsi!

İlk dəfədən Gəncə əhalisinin böyük marağına səbəb olan Qaç-Qazan müsabiqəsi üçüncü dəfə 2 İyul, 19:00-da keçiriləcəkdir. Siz də 1000 AZN-lik uduş şansını qaçırmaq istəmirsiniszə, 1 İyul, 22:00-a kimi şəxsiyyəti təsdiq edən istənilən sənədlə Gəncə Mall-a gələrək qeydiyyatdan keçə bilərsiniz. Qeyd edək ki, müsabiqə zamanı iddiaçılar arasından lototron vasitəsilə 4 nəfər seçildikdən sonra hər bir iştirakçıya 1000 azn dəyərində bank kartı və qapalı zərf veriləcəkdir. Zərfin içərisində mağaza və həmin mağazadan alınmalı məhsulun adı vardır. Bu alış-veriş siyahısında olan hər bir məhsul qeyd edilən mağazadan alınmalıdır. Alış-verişi ən düzgün şəkildə, ona təqdim olunan siyahıya uyğun ən birinci tamamlayan və aldığı bütün məhsulların qəbzini də təqdim edən şəxs qalib olacaqdır. 

Müsabiqə ilə daha ətraflı məlumatla keçiddən tanış ola bilərsiniz: http://ganjamall.az/az/news/38

Ətraflı məlumat üçün 022 267 08 21 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

İlk müsabiqədən görüntülər: http://ganjamall.az/az/news/40

2-ci müsabiqənin Qalibi http://ganjamall.az/en/news/42