Ganja Mall Shopping Challange FAQ

Gəncə Mall-da silsilə şəkildə təşkil olunan Qaç-Qazan müsabiqəsinə maraq getdikcə artmaqdadır. Artan maraqla yanaşı müsabiqə ilə bağlı suallar da artmaqdadır. Tez-tez soruşulan suallara cavabları sizinlə paylaşırıq ki, iştirak ilə bağlı suallarınız qalmasın.

Kartla etdiyim alış-verişin məbləğindən əlavə kartda digər qalan məbləğ mənə nəğd şəkildə veriləcəkmi ?

Xeyr

Siyahıda yazılanları ardıcılıqla almalıyıq ?

Xeyr

Yarışma nə vaxta kimi davam edəcək ?

İl boyu keçiriləcək Qaç-Qazan yarışması 45 dəqiqə davam edir.

 Yarışma günü lototrandan adım çıxarılarsa, zəng edib xəbər verəcəksiniz?

Xeyr, iddiaçının ona təqdim olunan kuponun üzərində qeyd olunmuş yarışma tarixi və saatında Gəncə Mall-da olması mütləqdir. Əks halda o iştirakçı hüququnu itirir.

Müsabiqə günü mall-da olmalıyam?

İddiaçının ona təqdim olunan kuponun üzərində qeyd olunmuş yarışma tarixi və saatında Gəncə Mall-da olması mütləqdir. Əks halda o, iştirakçı hüququnu itirir.

Siyahıda elektro-avadanlıqdan hər-hansı məhsul olacaqmı?

Şəffaflığı təmin etmək üçün mağazaların sayı və adları öncədən açıqlanmır. İştirakçı, siyahıyla yalnız ona zərf təqdim olunduqdan sonra tanış olacaqdır. Həmçinin, qeyd edək ki, bütün iştirakçılara eyni siyahı təqdim olunacaqdır.

Yarışmaya qoşulmaq ödənişlidirmi?

Xeyr heç bir ödəniş tələb olunmur. Müsabiqədə iştirak üçün şəxsiyyəti təsdiq edən istənilən sənədlə Gəncə Mall-un məlumat masasına yaxınlaşaraq qeydiyyatdan keçə bilərsiniz.

Qalib nə ilə mükafatlandırılır?

Qalib, mağazalardan aldığı bütün məhsulları hədiyyə olaraq qazanacaqdır.

Neçə nəfər qeydiyyatdan keçib?

Qeydiyyat sayı hər gün dəyişir, müsabiqə elan olunan ilk həftədə artıq 100 nəfərdən çox iddiaçı qeydiyyatdan keçmişdir.

Alış-veriş etdiyimiz zaman məhsulun modeli və çeşidi öz seçimimizdir?

Bəli, iştirakçı zövqünə uyğun seçim edə bilər. Məsələn: Siyahıda şalvar qeyd olunursa, iştirakçı qeyd olunan mağazaya yaxınlaşaraq zövqünə uyğun şalvar seçə bilər.

Qeydiyyat üçün nə tələb olunur?

Müsabiqədə iştirak üçün şəxsiyyəti təsdiq edən istənilən sənədlə Gəncə Mall-un məlumat masasına yaxınlaşaraq qeydiyyatdan keçə bilərsiniz. 

Alış-veriş tam 1000 AZN dəyərində olmalıdır?

Xeyr, bu, mütləq deyildir. Qalib olmaq üçün əsas şərt iştirakçının alış-verişi siyahıya uyğun, tez və aldığı bütün məhsulların kassa qəbzlərini təqdim etməsidir.

Müsabiqə ilə bağlı daha ətraflı məlumatla keçiddən tanış ola bilərsiniz: http://ganjamall.az/az/news/38

Bu müsabiqəni keçirtməkdə əsas məqsəd nədir?

Müsabiqənin keçirilmə məqsədi Gəncə əhalisinin Gəncə Mall-da yerləşən mağazalarla, onların sərfəli təklifləri ilə yaxından tanış olması üçün imkan yaratmaqdır.

Siyahıda neçə mağaza qeyd olunacaq?

Şəffaflığı təmin etmək üçün mağazaların sayı və adları öncədən açıqlanmır. İştirakçı, siyahıyla yalnız ona zərf təqdim olunduqdan sonra tanış olacaqdır. Həmçinin, qeyd edək ki, bütün iştirakçılara eyni siyahı təqdim olunacaqdır.

Yarışmaya qoşulmaq ödənişlidirmi?

Xeyr, yarışmada iştirak ödənişsizdir.

Alış-veriş etmək üçün məbləği siz verəcəksiniz ?

Bəli, iştirakçıya 1000 AZN dəyərində bank kartı təqdim olunacaqdır.

Kartla etdiyim alış-verişin məbləğindən əlavə kartda digər qalan məbləğ mənə nağd şəkildə veriləcəkmi ?

Xeyr. Kartda qalan məbləğ nəğdləşdirilmir və iştirakçıya verilmir. Müsabiqə bitdikdən sonra kart aparıcıya geri qaytarılır.

Siyahıda hansı mağazalar olacaq ?

Şəffaflığı təmin etmək üçün mağazaların sayı və adları öncədən açıqlanmır. İştirakçı, siyahıyla yalnız ona zərf təqdim olunduqdan sonra tanış olacaqdır. Həmçinin, qeyd edək ki, bütün iştirakçılara eyni siyahı təqdim olunacaqdır.

Siyahıda ancaq malldakı mağazalar olacaq?

Bəli.

Digər üç iştirakçı nə ilə mükafatlandırılır ?

Digər üç iştirakçı həvəsləndirici hədiyyələrə sahib olacaqlar.

Bir şəxs başqa şəxsin əvəzinə , onun şəxsiyyət vəsiqəsi ilə qeydiyyatını keçirdə bilərmi ?

Xeyr, iştirakçının öz şəxsiyyət vəsiqəsi ilə məlumat masasına yaxınlaşaraq özünün qeydiyyatdan keçməsi mütləqdir.

Müsabiqə neçə saat davam edəcək?

Müsabiqə 45 dəqiqə davam edəcəkdir.

Keçən yarışmadan aldığımız kupon növbəti yarışmada keçərli deyil?

Xeyr, lototrona atılan kuponlar yalnız kuponun üzərində qeyd olunan tarix üçün qüvvədədir. 

Zərfdə hər yazılan məhsulun bir neçəsini ala bilərikmi?

Xeyr. Əgər zərfdə şalvar qeyd olunubsa, iki və ya daha çox şalvar almaq müsabiqə şərtlərinə ziddir.

Digər üç iştirakçının alış-verişi geri qaytarılır?

Bəli, onların aldıqları bütün məhsullar geri götürüləcəkdir, lakin onlar həvəsləndirici hədiyyələrə sahib olacaqlar. 

Marafon yarışmasıdırmı bu?

Bu, marafon yarışı deyildir. Qaç Qazan alış-veriş müsabiqəsidir. Müsabiqə ilə bağlı daha ətraflı məlumatla keçiddən tanış ola bilərsiniz: http://ganjamall.az/az/news/38 

Bir ailənin neçə üzvü müsabiqədə iştirak edə bilər?

16 yaş və yuxarı hər kəs müsabiqədə iştirak edə bilər. Qeyd edək ki, iddiaçılar arasından eyni ailədən 1-dən çox şəxs iştirakçı seçildiyi halda da,  onlar bir-birinə rəqib olacaqdır.

Kuponum müsabiqə günü elan olunarsa və özüm iştirak edə bilmirəmsə yaxınlarımdan kimsə iştirak edə bilərmi?

Xeyr, iddiaçının ona təqdim olunan kuponun üzərində qeyd olunmuş yarışma tarixi və saatında Gəncə Mall-da olması mütləqdir.

Yalnız alış-verış edən şəxslər müsabiqəyə qoşula bilərlər?

İstənilən şəxs qeydiyyatdan keçərək iddiaçılar arasına qoşula bilər.

Yarışmaya qoşulmaq ödənişlidirmi?

Xeyr, istənilən şəxs şəxsiyyəti təsdiq edən sənədlə məlumat masasına yaxınlaşaraq  qeydiyyatdan keçə bilər.

Alış-verişi öz büdcəmizdən edəcəyik?

Xeyr, iştirakçıya 1000 AZN dəyərində bank kartı təqdim olunacaqdır.

Siyahıdan alıdığımız məhsulların hansı qiymətə olduğu qeyd olunacaqmı?

Xeyr, siyahıda mağaza və məhsulun adı qeyd olunacaqdır.

İstədiyimiz məhsulları ala bilərikmi?

 Alış-verişin ona təqdim edilən siyahıya uyğun olması tələb olunur. Lakin, iştirakçı zövqünə uyğun seçim edə biləcəkdir. Məsələn: Siyahıda şalvar qeyd olunacaqsa, iştirakçı qeyd olunan mağazaya yaxınlaşaraq zövqünə uyğun şalvar seçə biləcəkdir.

Mağazanın yerləşdiyi mərtəbəni dost və tanışlardan zəng vasitəsi ilə soruşmaq olarmı?

Xeyr, bu, müsabiqə şərtlərinə ziddir. Şərtlər pozulduğu halda iştirakçı müsabiqədən kənarlaşdırılacaqdır. Müsabiqə zamanı mağazanın yeri və ya mərtəbəsi barədə heç bir əlavə yardıma icazə verilmədiyindən, iddiaçının ticarət mərkəzi ilə yarışma günündən öncə tanış olması tövsiyyə olunur.

Siyahıda əks cinsə aid məhsullarda ola bilər, yoxsa cinsə uyğun olaraq  dəyişir?

İştirakçı öncədən müəyyən olunmadığından, siyahıda əks cinsə aid məhsullar ola bilər.

Siyahıda neçə mağaza qeyd olunacaq?

Şəffaflığı təmin etmək üçün mağazaların sayı və adları öncədən açıqlanmır. İştirakçı, siyahıyla yalnız ona zərf təqdim olunduqdan sonra tanış olacaqdır. Həmçinin, qeyd edək ki, bütün iştirakçılara eyni siyahı təqdim olunacaqdır.

Bank kartının şifrəsini verəcəksinizmi?

Bank kartının şifrəsi kartla birgə zərfdə təqdim oluncaqdır.

Zərfdə yazılanları oxuya bilməyən şəxs öz yaxınlarından və ya mühafizəçidən kömək ala bilərmi?      

Həmən şəxs iştirakçı kimi seçildiyi halda, yarışma başlamadan öncə bu barədə məlumat verməlidir, lakin bu halda yalnız mühafizəçi kömək edə bilər.

Hansı məsafədən məsafəyə qədər qaçmalıyıq ?

Bu, qaçış yarışı deyildir. Iddiaçılar arasından 4 nəfər seçildikdən sonra hər bir iştirakçıya 1000 azn dəyərində bank kartı və qapalı zərf veriləcəkdir. Zərfin içərisində mağaza və həmin mağazadan alınmalı məhsulun adı vardır. Bu alış-veriş siyahısında olan hər bir məhsul qeyd edilən mağazadan alınmalıdır. Alış-verişi ən düzgün şəkildə, ona təqdim olunan siyahıya uyğun ən birinci tamamlayan və aldığı bütün məhsulların qəbzini də təqdim edən şəxs qalib olacaqdır. Müsabiqə ilə daha ətraflı məlumatı keçiddən əldə edə bilərsiniz: http://ganjamall.az/az/news/38

Bundan sonrakı müsabiqələrdə indi yazdığımız kupon keçərli olacaqmı?

Xeyr, lototrona atılan kuponlar yalnız kuponun üzərində qeyd olunan tarix üçün qüvvədədir. 

Oyun tam şəffafdırmı?

Bəli.İddiaçı qeydiyyatdan keçdikdən sonra ona kupon təqdim olunur. Kuponun bir nüsxəsi iştirakçıya veriləcək, digəri isə məlumat masası üzərindəki lototrona atılacaqdır. Yalnız müsabiqə günü kupon hər kəsin  gözü önündə lototrondan çıxarılacaqdır. Adı çıxarılan 4 iştirakçı yarışa başlayacaqdır. Alış-verişi ən düzgün şəkildə, ən birinci tamamlayan və aldığı bütün məhsulların qəbzini də təqdim edən şəxs qalib olacaqdır. Yarış lentə alınaraq, daha sonra Kəpəz TV-nin efirində yayımlanacaqdır. Üstəlik, müsabiqədə şəffaflığın qorunması məqsədilə Gəncə Mall və partnyor şirkətlərin əməkdaşlarının müsabiqədə iştirakı qadağandır.

Gəncə Mallun işçiləri niyə yarışmaya qatıla bilməzlər?

Müsabiqədə şəffaflığın qorunması məqsədilə Gəncə Mall və partnyor şirkətlərin əməkdaşlarının müsabiqədə iştirakı qadağandır.

Siyahıda hansı mağazalar olacaq?

Şəffaflığı təmin etmək üçün mağazaların sayı və adları öncədən açıqlanmır. İştirakçı, siyahıyla yalnız ona zərf təqdim olunduqdan sonra tanış olacaqdır. 

Kuponun biri nə üçün mənə verilir?

Adı çıxarılan iştirakçının üzərində ona təqdim edilən kupon mütləq olmalıdır. Adı çıxarılan şəxs məlumat masasında ona təqdim edlimiş kuponu təsdiq üçün mütləq aparıcıya təqdim etməlidir. Əks halda, onun iştirakı mümkün olmayacaqdır.

Alış-verişi düzgün şəkildə  tamamlamaq nə anlamına gəlir?(Alış-verişi düzgün şəkildə necə tamamlamalıyıq?)

Alış-veriş, iştirakçıya təqdim olunacaq məhsul və mağaza siyahısına uyğun edilməlidir. Alış-veriş zamanı mağazalardan kassa qəbzinin götürülməsi mütləqdir! Əks halda, bu alış–veriş aparıcı tərəfindən qəbul edilməyəcəkdir!