Do not Miss 1000 AZN Gift by Ganja Mall

Qeydiyyatdan Keçin və 1000 AZN Uduşlu Alış Veriş Müsabiqəsinə Qatılın!

Gəncə Mall hər kəsə bir qucaq hədiyyə qazanmaq imkanı yaradır. Belə ki, may ayından etibarən hər kəs Gəncə Mall-un məlumat masasında qeydiyyatdan keçərək Qaç-Qazan müsabiqəsində iştirakçı olmaq şansı əldə edir. 

 

 Müsabiqədə iştirak üçün şəxsiyyəti təsdiq edən istənilən sənədlə Gəncə Mall-un məlumat masasına yaxınlaşaraq qeydiyyatdan keçə bilərsiniz. Qeydiyyat zamanı sizə kupon veriləcəkdir. Kuponda ad, soyad və əlaqə nömrəsi qeyd edilməlidir. Kuponun üzərində müsabiqənin keçiriləcəyi tarix və zaman göstəriləcəkdir. Kupon iki nüsxədə olacaqdır. Biri iştirakçıya veriləcək, digəri isə məlumat masası üzərindəki lototrona atılacaqdır. Qeydiyyat 18 Noyabr, saat 22:00-a kimi davam edəcəkdir.

Aparıcı tərəfindən 4 nəfər iştirakçı müəyyənləşdirildikdən sonra müsabiqəyə start veriləcəkdir. Hər bir iştirakçıya 1000 azn dəyərində bank kartı və qapalı zərf veriləcəkdir. Zərfin içərisində mağaza və həmin mağazadan alınmalı məhsulun adı vardır. Bu alış-veriş siyahısında olan hər bir məhsul qeyd edilən mağazadan satın alınmalıdır. Alış-verişi ən düzgün şəkildə, ona təqdim olunan siyahıya uyğun ən birinci tamamlayan və aldığı bütün məhsulların qəbzini də təqdim edən şəxs qalib olacaqdır. Alış-verişin siyahıya uyğun olması tələb olunsa da, iştirakçı zövqünə uyğun seçim edə biləcəkdir. Məsələn: Siyahıda şalvar qeyd olunacaqsa, iştirakçı qeyd olunan mağazaya yaxınlaşaraq zövqünə uyğun şalvar seçə biləcək.

                Şərtlər

  • İştirakçı adları müsabiqə günü aparıcı tərəfindən lototrondan çıxarılaraq müəyyənləşdiriləcəyindən kuponda göstərilən tarix və zamanda Gəncə Mall-da olmaq mütləqdir. Əks halda, həmin tarixdə iştirakçıya çevilmək şansı itirilir.

  • Adı çıxarılan iştirakçının üzərində mütləq ona təqdim edilən kupon olmalıdır. Adı çıxarılan şəxs məlumat masasında ona təqdim edlimiş kuponu mütləq aparacıya təqdim etməlidir. Əks halda, onun iştirakı mümkün olmayacaqdır.
  • Alış-veriş zamanı mağazalardan kassa qəbzinin götürülməsi Mütləqdir! Əks halda, bu alış –veriş aparıcı tərəfindən qəbul edilməyəcəkdir!
  • Əgər aparıcıya ilk yaxınlaşan iştirakçının alış-verişi siyahıya uyğun deyilsə və ya kassa qəbzləri yoxdursa, o, qalib hesab edilmir və aparıcı ikinci yaxınlaşan iştirakçının nəticələrinə baxacaqdır.
  • Qalib, mağazalardan aldığı bütün məhsulları hədiyyə olaraq qazanacaqdır. Digər iştirakçılar isə həvəsləndirici hədiyyələrə sahib olacaqlar. Onların aldıqları bütün məhsullar isə geri götürüləcəkdir.
  • Qalibin qazandığı hədiyyələr dəyişdirilmir və geriyə qaytarılmır.

Birdaha xatırladaq ki, yarışmada iştirak üçün Gəncə Mall-un məlumat masasında qeydiyyatdan keçmək və kuponu saxlamaq mütləqdir.

Tələsin növbəti Qaç – Qazan Müsabiqəsi 19 Noyabr,19:00-da  baş tutacaqdır.

Məlumat üçün :

Müsabiqədə şəffaflığın qorunması məqsədilə Gəncə Mall da çalışan əməkdaşların müsabiqədə iştirakı qadağandır.

İştirakçı yaşı 16 və ya yuxarı olmalıdır.

Qeydiyyat zamanı təqdim edilən sənəddə mütləq şəkil olmalıdır.

Lototrona atılan kuponlar yalnız kuponun üzərində qeyd olunan tarix üçün qüvvədədir.

Müsabiqə Kəpəz Teleradio Kompaniyası tərəfindən lentə alınaraq, daha sonra Kəpəz TV-nin efirində yayımlanacaqdır. 

Ətraflı məlumat üçün 022 267 08 21 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. 

Müsabiqə zamanı mağazanın yeri və ya mərtəbəsi barədə heç bir əlavə yardıma icazə verilmədiyindən, iddiaçının ticarət mərkəzi ilə yarışma günündən öncə tanış olması tövsiyyə olunur.

Tez-tez soruşulan suallara cavablarla keçiddən tanış ola bilərsiniz: http://ganjamall.az/az/news/39

Ötən müsabiqələrdən görüntülər: https://www.youtube.com/channel/UCMBSGLxL4i05qmYeabHebdA

Ötən müsabiqələr barədə ətraflı məlumat: http://ganjamall.az/az/news?page=1