DİQQƏTİNİZƏ!

Dəyərli həmvətənlərimiz, 

Bildiyiniz kimi Koronavirus (COVID-19) infeksiyasının ölkəmizdə sürətlə yayılmasının qarşısını almaq məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərara əsasən Gəncə Mall 23 mart 2020-ci il tarixindən etibarən ticari fəaliyyətini bir ay müddətində dayandırmışdır. Digər ticarət obyektlərindən fərqli olaraq supermarket və apteklərin fəaliyyətində isə heçbir dəyişiklik yoxdur. Belə ki, “Bravo” supermarket və “Buta Farm” aptek öz fəaliyyətini həmişəki qaydada davam etdirir.  

İş saatları:

“Bravo” supermarket hər gün saat 09:00-dan 23:00-a qədər, “Buta Farm” aptek isə hər gün saat 10:00-dan 22:00-a qədər xidmət göstərməyə davam edir.

Qeyd:

Əlavə olaraq, sizdən sağlamlığınızın qeydinə qalmağınızı və təhlükəsizliyinizi təmin etmək üçün müəyyən olunmuş qaydalara riayət etməyinizi xahiş edirik. 

Kassa növbələrində gözləyərkən və ya məhsul seçimi edərkən insanlarla aranızda 2 metr məsafə saxlamağa çalışın. Təmasdan çəkinin. Ticarət mərkəzinin girişində qoyulmuş dezinfeksiyaedici məhluldan istifadə edərək əllərinizi təmizləyin, üzünüzə toxunmayın. Həmçinin, öskürərkən və asqırarkən bir istifadəlik kağız dəsmalla, ya da dirsəyinizin içi ilə ağız və burnunuzu bağlayın. 

Bütün xalqımıza sağlamlıq arzulayırıq və sizi Gəncə Mall-da yenidən görməyi səbrsizliklə gözlədiyimizi bildirmək istəyirik. Sağlam qalın!