Gəncə Mall-da Endirim Bayramı Təklifləri!

23, 24, 25 noyabr tarixlərində Gəncədə ilk dəfə olaraq Gəncə Mall-da yerləşən brendlərin iştirakı ilə Endirim Bayramı keçirlir. Gəncədə ilk dəfə qeyd olunacaq Endirim Bayramında Gəncə Mall-da yerləşən məşhur brendlər sərfəli endirim və təkliflərini təqdim edirlər.

20%-dən 50% dək olacaq endirimlər dəbli geyimlər, ev və məişət əşyaları, elektronika və digər məhsullara şamil olunacaqdır. 

İştirak edən brendlər aşağıdakı faizlərədək endirim təklif edir:

Kontakt Home 50%

Defacto 30%

Colins 50%

GoSport 40%

Greyder 30%

Coffeemania 50%

Sabina 30%

New Yorker 50%

Və daha çox!

Yalnız 3 gün ərzində qüvvədə olacaq təklifləri qaçırmaq istəmirsinizsə, Gəncə Mall-a buyurun!

Endirim Bayramı noyabr ayının axırıncı həftəsonuna təsadüf edən dünyaca məşhur Black Friday-in eynisidir.

Dünyanın bir çox ölkəsində qeyd olunan Black Friday zamanı insanlar məşhur brendlərin xüsusi təkliflərini qaçırmamaq üçün mağazaların qarşısında uzun növbələrə səbəb olurlar. Səbəbsiz deyildir ki, bu gün ABŞ-ın ən məşğul alış-veriş günüdür.

İlk dəfə olaraq Gəncədə də qeyd olunacaq bu günü xüsusi edən nədir?

ABŞ-da hər il noyabr ayının sonuncu cümə axşamı “Şükranlıq Günü” (Thanksgiving Day) kimi qeyd olunur. “Şükranlıq Günü”-nün sonu isə qeyri rəsmi olaraq alış-veriş fəslinin başlanğıcı hesab olunduğundan bu gündən bir gün sonra, yəni Cümə günü “Black Friday” adlandırılır. Həmin gün mağazalar 20%-dən başlayan endirimlər tətbiq etdiklərindən insanlar mağazalara axın edirlər.

Bəs Nə Üçün Həmin Gün “Black Friday" Adlandırılır?

Bu alış-veriş günü yaratdığı sıxlığa görə Black Friday adlandırılmışdır. Lakin sonralar bu gün Big Friday (Böyük Cümə), Pink Friday (Çəhrayı Cümə) və digər formalarda da adlandırıldı.

Bu günün sonradan daha pozitiv rənglərlə əlaqələndirilməsinin səbəbi insanların sevimli brendlərindən ilin ən yüksək endirimləri məhz bu gündə əldə etməsidir. Buna görə də il ərzində hamı bu günü səbirsizliklə gözləyirlər.

Endirimlər dəbli geyimlər, ev və məişət əşyaları, elektronika və digər məhsullara şamil olunacaqdır. Eləcə də Gəncə Mall-a gələrək xüsusi təkliflər edən restoranların dadlı təamlarını dada bilərsiniz. Bir neçə əyləncəli tədbirlərin də keçiriləcəyi Endirim Bayramı zamanı qüvvədə olacaq xüsusi təklifləri qaçırmaq istəmirsinizsə, Gəncə Mall-a buyurun!