Elxan Elatlı-nın Kitabının Təqdimatı!

LIBRAFF-ın “Gəncə Mall” mağazasında məşhur Azərbaycan yazıçısı Elxan Elatlının imza günü və “Eksperiment” kitabının təqdimatı mərasimi baş tutacaq. Əgər siz də sevimli yazıçınız ilə görüşmək, kitablarını imzalatmaq istəyirsinizsə o zaman 17 noyabr 15:00-da baş tutacaq tədbirdə sizi gözləyirik!

Mağazada Elxan Elatlı sevənlərə TEAS Press nəşriyyat evində çap edilmiş “Qanunsuz əməliyyat”, “On dördüncü adam”, “Məhəbbətin gizli kodu”, “Cəhənnəmdən gələn səs”, “Dilənçi qadının sirri”, “Xəyanət” və s. kitablarını da əldə etmək imkanı yaradılmışdır.

Detektiv romanları sevən hər kəs dəvətlidir!