GƏNCƏ MALL-DA XƏRCLƏ VƏ QAZAN

“GƏNCƏ MALL-DA XƏRCLƏ VƏ QAZAN” tirajlı stimullaşdırıcı lotereyasının şərtləri və qaydaları:
 

                                                              



Lotereya 25 oktyabr 2023-cü il – 25 yanvar 2024-cü il tarixləri ərzində Azərbaycan Respublikası Gəncə şəhərində yerləşən “Gəncə Mall” Ticarət Mərkəzində nağd və ya nağdsız qaydada alış-veriş etməklə həyata keçiriləcəkdir.

Ümumi qaydalar:

  • “Gəncə Mall” Ticarət Mərkəzindən nağd və ya nağdsız (hədiyyə kartları ilə edilən alış-verişlər istisna olmaqla) şəkildə bir gün ərzində edilən hər 30 AZN-lik alış-verişə görə lotereyada yalnız 1 dəfə iştirak hüququ verən 1 ədəd lotereya bileti veriləcəkdir. 
  • Yalnız eyni gün ərzində edilən 30 AZN-lik alış-veriş üçün lotereya bileti əldə edilə bilər. 
    Şəxs “Gəncə Mall” Ticarət Mərkəzində yerləşən hər hansı mağazadan mal və ya xidmət (restoran xidməti və s.) aldığı zaman aldığı məhsulların içərisində tütün məhsulları və ya spirtli içkilər olarsa, bu zaman həmin məhsulların qiyməti 30 AZN-lik alış-verişin içərisində nəzərə alınmayacaq (Yəni ümumi xidmət və ya mal 45 AZN təşkil etsə, spirtli içki və ya tütün məhsulu 17 AZN təşkil etsə = 28 AZN bu zaman lotereya biletinin əldə edilməsi üçün əlavə 2 AZN-lik alış-veriş etmək zərurəti yaranacaqdır).
  • İştrikaçı “Gəncə Mall” Ticarət Mərkəzinin müştəri xidmətləri masasına alış-veriş qəbzini və şəxsiyyətini təsdiq edən sənədi təqdim edərək lotereya bileti əldə edəcəkdir. İştirakçı tərəfindən təqdim edilən alış-veriş qəbzinə “Gəncə Mall” Ticarət Mərkəzinin möhürü vurularaq iştirakçıya geri veriləcək, möhürsüz qəbzlər etibarlı sayılmayacaqdır. Biletin kəsilən hissəsi lotereya iştirakçısı tərəfindən “Gəncə Mall” Ticarət Mərkəzində yerləşdirilən lototrona lotereya iştirakçısı tərəfindən daxil edilir, digər hissə isə lotereya iştirakçısına qaytarılır. Kəsilən hissədə iştirakçının adı, soyadı, telefon nömrəsi (varsa digər əlaqə vasitələri) və lotereya biletinin nömrəsi qeyd olunacaqdır. 
  • Yaşı 18-dən aşağı olanlar, “PAŞA Malls” MMC-nin işçiləri, o cümlədən də, onların ailə üzvləri,  “Gəncə Mall” Ticarət Mərkəzində yerləşən satış məntəqələrinin sahibləri, onların işçiləri, “Gəncə Mall” Ticarət Mərkəzinin mühafizəçiləri, təmizlik və texniki işçiləri bu tirajlı stimullaşdırıcı lotereyada iştirak edə bilməzlər.
  • Tirajlı stimullaşdırıcı lotereyanın iştirakçısı 18 yaş və daha yuxarı yaşda Azərbaycan Respublikasının vətəndaşı olmalıdır. Azərbaycan Respublikasında yaşayan əcnəbilər və vətəndaşı olmayan şəxslər bu lotereyada iştirak edə bilməzlər.
  • Təşkilatçı tərəfindən lotereya iştirakçısına uduşun ödənilməsi zamanı lotereya iştirakçısının şəxsiyyətini təsdiq edən sənəd və lotereya biletinin uduşlu olması yoxlanılacaqdır.
  • Aldığı məhsulu geri qaytaran iştirakçı lotereyada iştirak haqqını itirmiş olur və ona verilmiş lotereya bileti etibarsız hesab olunur.

Uduş fondu haqqında məlumat:

Lotereyanın uduş fondu 28 yanvar 2024-cü il, saat 15:00-da “Gəncə Mall” Ticarət Mərkəzində oynanılacaqdır.

  • Tirajli stimullaşdırıcı lotereya kampaniyasının nəticələrini elan olunması tədbirində ilk olaraq udulacaq əşyanın adı çəkiləcək və lototrondan çıxan nömrə ilə uyğun lotoreya bileti həmin əşyanı udmuş sayılacaq.
  • Uduşların verilməsi üçün uduşlu lotereya biletinin, alış-veriş qəbzlərinin möhürlənmiş orijinal versiyası və şəxsiyyət vəsiqələrinin surətinin qəbulu lotereya təşkilatçısı tərəfindən onun yerləşdiyi ünvanda – “Gəncə Mall” Ticarət Mərkəzində həmin tirajın uduş fondu oynanıldığı tarixdən etibarən 7 iş günü sonra başlayır və 90 (doxsan) iş günü ərzində davam edəcəkdir. Uduşlu lotereya biletləri qəbul olunduqdan sonra, uduşlar 7 iş günü ərzində  sahibinə təqdim olunacaqdır.
  • Qalib şəxs hədiyyəsini əldə etmək üçün əldə etmiş olduğu möhürlü alış-veriş qəbzini, lotereya biletinin bir hissəsini və şəxsiyyət vəsiqəsini mütləq təqdim etməlidir. 
  • Lotereya təşkilatçısı ictimaiyyəti məlumatlandırmaq məqsədi ilə qalib gəlmiş lotereya iştirakçısının adı və soyadı haqqında məlumatları  istifadə edə bilər.
  • Lotereya təşkilatçısı qalibin və ya onu müşayiət edən şəxslərin fərdi məlumatları, şəkilləri, adları, videoları və digər məlumatlarından reklam, təşviqat məqsədləri üçün, o cümlədən digər məlumatlarından media materialı olaraq sosial mediada və digər reklam kanallarında qaliblərdən yazılı qaydada icazə alındığı təqdirdə istifadə edə bilərlər.
  • İştirakçılara uduşların pul ekvivalenti ödənilmir.
  • Qaliblər öz uduşlarını digər üçüncü şəxsə ötürə bilməzlər. ƏDV vergisi istisna olmaqla, uduşla bağlı bütün digər vergilər və qanuni öhdəliklər qaliblərə məxsusdur.

Lotereyanın uduş fondu aşağıdakı kimi müəyyən edilmişdir:

  • 1 (bir) ədəd “HAVAL M6 2023” markalı avtomobil
  • 1 (bir) ədəd “iPhone 14 128GB” markalı smartfon
  • 1 (bir) ədəd “XIAOMI 13 Lite 8GB/256GB” markalı smartfon
  • 3 (üç) ədəd “Samsung Galaxy M14 4/128GB” markalı smartfon
  • 3 (üç) ədəd “XIAOMI Redmi Buds 4” markalı naqilsiz qulaqcıq
  • 3 (üç) ədəd “HUAWEI WATCH FIT ELEGANT Frosty White” markalı ağıllı saat
  • 1 (bir) ədəd “SAMSUNG UE-43CU7100UXRU” markalı televizor
  • 1 (bir) ədəd “LG F12M7HDS4” markalı paltaryuyan maşın
  • 1 (bir) ədəd “LG GA-B379SLUL” markalı soyuducu

Tirajlı stimullaşdırıcı lotereyada uduşlu biletləri haqqında ətraflı məlumat “Gəncə Mall” Ticarət Mərkəzinin instagram səhifəsi (mallganja_official) və rəsmi veb saytında (www.ganjamall.az) elan ediləcəkdir.

Lotoreyanın qaydaları ilə buradan tanış ola bilərsiniz.

Ətraflı məlumat üçün əlaqə nömrəsi: (+994) 22 267 08 21