Gəncə Mall ilə Keyfiyyətli Məktəb Alış-Verişi

15 Sentyabr, "Bilik Günü" yaxınlaşdıqca şagirdlərin həyəcanı daha da artır. Şagirdlərlə yanaşı övladlarının təhsilinə diqqət ayıran valideynlər də bu günə xüsusi hazırlaşır. Valideynlər Gəncə Mall-da yerləşən brendlərin məktəblilər üçün xüsusi təkliflərindən yararlanaraq, yeni tədris ilinə daha hazırlıqlı ola bilərlər.

Original Marines, Lc Waikiki, New Yorker, Colins, OVS kimi dünyaca məşhur brendlərin mağazalarından xüsusi olaraq məktəblilər üçün təqdim olunan yüksək keyfiyyətli geyimlər əldə edə bilərsiniz. Hazır geyimlərlə yanaşı, tamamlayıcı aksesuarlarıyla da diqqət çəkən brendlərin təkliflərindən yararlanaraq yeni məktəb ilini daha rəngli qarşılayın!

Kitab və məktəb ləvazimatları təqdim edən Libraff mağazasının təqdim etdiyi əlfəcinlər və müxtəlif kitab aksesuarları ilə məktəblilərin öyrənmə prosesi daha da effektiv olacaq. Gəncə Mall-a gələrək geniş seçimlərlə keyfiyyətli məktəb alış-verişini etməyə tələsin!