6-cı Qaç-Qazan Müsabiqəsinin Qalibi Məlum Oldu!

1 Oktyabr tarixində keçirilən 6-cı Qaç-Qazan müsabiqəsinin qalibi Məryəm Laçınova oldu. Məryəm xanım, Qaç-Qazan müsabiqəsində Lady Sharm, Colin's, LC Waikiki, Karaca Home, Bebetto, Flo, Süvari, Golden Rose, Six və Coffeemania-dan dan bir qucaq hədiyyə qazandı. 

Qaç-Qazan müsabiqəsinin digər 3 iştirakçısı isə Bravo Supermarket, Acoola Kids və Cinema Plus –dan hədiyyələrə layiq görüldülər. Eyni zamanda, Qaç-Qazan müsabiqəsinin izləyiciləri ilə keçirilən Sual-Cavab müsabiqəsinin qalibləri McDonalds və Golden Rose-dan hədiyyələr qazandılar.

Aparıcılarımızın geyimlərinə görə LC Waikiki mağazasına minnətdarlığımızı bildiririk. 

Bildirmək istərdik ki, Qaç-Qazan müsabiqəsinə qeydiyyat və iştirak Pulsuzdur!

 Əlaqə nömrəsi: 022 267 08 21

Qeyd edək ki, müsabiqə zamanı iddiaçılar arasından lototron vasitəsilə 4 nəfər seçildikdən sonra hər bir iştirakçıya 1000 azn dəyərində bank kartı və qapalı zərf veriləcəkdir. Zərfin içərisində mağaza və həmin mağazadan alınmalı məhsulun adı vardır. Bu alış-veriş siyahısında olan hər bir məhsul, qeyd edilən mağazadan alınmalıdır. Alış-verişi ən düzgün şəkildə, ona təqdim olunan siyahıya uyğun ən birinci tamamlayan və aldığı bütün məhsulların qəbzini də təqdim edən şəxs qalib olacaqdır.

Qeyd edək ki, Qaç-Qazan müsabiqəsinə qeydiyyat və iştirak Pulsuzdur! Müsabiqə ilə daha ətraflı məlumatla keçiddən tanış ola bilərsiniz:

 http://ganjamall.az/az/news/38  

Ötən müsabiqələrdən görüntülər: 

https://youtu.be/J65LUOXP22s