8 Mart Hədiyyələri (50%-dək Təkliflər)

Gəncə Mall-da dəyərli, gözəl və zərif hədiyyələr.

Artıq bir neçə gündən sonra Bahar, ən zərif və parlaq bayram – 8 Mart Beynəlxalq qadınlar günü ilə həyatımıza rəng qatacaq. Bu bayram zamanı hər bir xanım diqqət və əlbəttə ki, hədiyyə gözləyir.

Gəncə Mall-da yerləşən mağazalar xüsusi olaraq bu gözəl bayram üçün müxtəlif təkliflər təqdim edir, burada istənilən zövqə və büdcəyə uyğun hədiyyə tapa bilərsiniz.

 

Kosmetika və Ətirlər

Ənənəvi olaraq ən çox üstünlük verilən və hələ də trenddən düşməyən hədiyyə olan ətir ən asan əldə edilən hədiyyə kimi tanınsa da, xanımların qəlbini fəth edəcək ideal hədiyyədir. Bu ideal hədiyyəni zərif və dəb-dəbəli ətirlər arasından Gəncə Mall-da yerləşən Sabina Parfumeriya-dan əldə edə bilərsiniz. Unutmayın ki, qadınınıza yaraşacaq və onun özəlliyini vurğulayacaq ətiri seçməlisiniz və bu seçimi Sabina Parfumeriyada geniş parfüm seçimləri arasından asanlıqla edə bilərsiniz. Gəncə Mall-a gələrək  8 Mart ilə əlaqədar Sabina mağazasında təklif olunan 50%-dək endirimlərdən yararlana bilərsiniz.

Kosmetika vasitələri isə bütün qadınların olmazsa olmazıdır. Odur ki, belə bir hədiyyə istənilən xanımı sevindirəcək. Gəncə Mall-da eyni mərtəbədə yerləşən YVESROCHER və Golden Rose-da müxtəlif zövqdə kosmetika vasitələri tapa bilərsiniz.  Gözəllik məhsulları seçərkən qadının zövqünü və brend üstünlüklərini nəzərə almanız vacibdir.

Aksessuarlar Qacetlər

Qadın üçün hədiyyə seçərkən aksessuarlar və bəzək əşyaları ağıla gələn ilk fikirdir. Sözsüz bu hədiyyə böyük sevinclə qarşılanacaq. 8 Mart ərəfəsində 50%-dək endirimlər təklif edən VMF-dən gözəl saatlar, Six-dən isə zərif zinət əşyaları münasibətinizə zəriflik qatacaq. Sevgi ilə təqdim olunan bu aksessuarlar həm də onun sahibəsinə müsbət enerji bəxş edəcək.

Daha bir uğurlu seçim qacetlərdir. Xanımlar həm də smartfon və notbuklarını yeniləməyi sevirlər. Eektronika və məişət texnikası təqdim edən Kontak Home-dan müasir xanımlar üçün “ağıllı” saat və ya sevimli telefon modeli seçə bilərsiniz. Mumuso-dan isə müxtəlif növ aksessuarlar əldə edə bilərsiniz.

Ev və MebeI Əşyaları

Hədiyyə kimi ev əşyasının daha uyğun olduğunu düşünürsünüzsə, ev üçün dekor, gözəl yataq dəsti, dekorativ şam və ya əl işlərinə nəzər salın. Karaca Home və MADAME COCO ilə həm eviniz gözəlləşəcək, həm də dəyər verdiyiniz insanı sevindirəcəksiniz.  

Geyim-Zərif və Gözəl Geyimə Hansı Qadın Yox Deyə Bilər?

Sevdiyi xanımı sevindirməyə çalışan kişilər üçün bu gün daha da özəldir - sevdiyiniz qadını sevindirmək hissi qiymətsizdir.

Gəncə Mall-un 1 və 2-ci mərtəbələrdə yerləşən New Yorker, Colins, DeFacto, Lc Waikiki, Ovs, Poppy Galery, Lady Sharm, Karaca Textile kimi brendlərdən gözəl don, ayaqqabı, zərif aksessuar da az sevinc bəxş etməyəcək.Üstəlik, DeFacto-nun Martın 7-dən 12-dək qadın Yaz-Yay kolleksiyasına 20% endirimdən yararlana bilərsiniz! Bahar qarderobunu yeniləmək vaxtıdır.

Eləcə də, Go Sport idman mağazasından dəyərli hədiyyələr seçə bilərsiniz. Yeni idman ayaqqabısı, fitnes üçün geyim və idman aksessuarlar sağlam həyat tərzinə üstünlük verən xanımlar üçün ideal seçim olacaq.

İşgüzar və Kitabsevər Xanımlar Üçün İdeal Hədiyyələr

Hədiyyə seçiminiz arasında kitablara və dəftəraxana məhsullarına da yer ayırın. Kitab – universal və faydalı hədiyyədir. Həmçinin kitab mağazasına ədəbiyyat yenilikləri ilə tanış olmaq üçün də gələ bilərsiniz. Libraff mağazasında təqdim olunan geniş bloknot və gündəliklər seçimi işgüzar xanımların vaxtını düzgün planlaşdırması üçün əla vasitədir. Eyni zamanda hədiyyə vermək istədiyiniz xanımın sevimli yazıçısından maraqlı kitab ala bilərsiniz. Bu hədiyyələr xüsusilə də işgüzar və kitabsevər xanımların ürəyincə olacaq.

Oyuncaqlar-Balaca Şəhzadəri Unutmayın!

Balaca gözəllərin bayramını isə  Bebetto, Original Marines, Hamilton, Libraff mağazalarından olan hədiyyələrlə təbrik edə bilərsiniz. Realistik gəlinciklər və gözəl geyimlər balaca şahzadələri valeh edəcək. Eyni zamanda övladınızı Gencland-ə götürə bilərsiniz. Müxəlif attraksionlar, avtomat oyunlar, cizgi film qəhrəmanları ilə görüş balacalar üçün nağıllar aləminə səyahətdir.

Xanımlar üçün bu xüsusi gündə hədiyyələrlə yanaşı, onlarla maraqlı və xoş vaxt keçirtmək önəmlidir. Gəncə Mall Cinema Plus-a gələrək beynəlxalq və yerli filmlərləri izləyərək, həyəcanlı və maraqlı anların birlikdə şahidi ola bilərsiniz.   

Eyni zamanda Coffe House və Coffeemania restoranlarına gələrək doğmalarınızla xoş vaxt keçirə bilərsiniz.

Gəncə Mall-a gəlin müxtəlif sərfəli hədiyyə seçimlərindən yararlanaraq doğmalarınızı sevindirin.

Gələrkən bu siyahını özünüzlə götürün- bu vasitə bayram alış-verişinizi daha da rahat edəcək