Kamuflyaj və Casusluq

Gəncə Mall Cinema Plus növbəti premyeranı təqdim edir. Film həvəskarları Cinema Plus-a gələrək "Kamuflyaj və Casusluq" filmini 9 Yanvardan etibarən Gəncə Mall Cinema-da izləyə bilərlər. Supercasus Lens Sterlinq öz işinin peşəkarıdır. O, istənilən... read more
Gəncə Mall Cinema Plus növbəti premyeranı təqdim edir. Film həvəskarları Cinema Plus-a gələrək "Kamuflyaj və Casusluq" filmini 9 Yanvardan etibarən Gəncə Mall Cinema-da izləyə bilərlər. Supercasus Lens Sterlinq öz işinin peşəkarıdır. O, istənilən obyektə daxil ola, istənilən caniyə qalib gələ və istənilən qadını yoldan çıxara bilər. Bu təhlükəli peşədə ona Uolterin onun üçün yığdığı müxtəlif qadcetlər kömək olur. Lakin insan cildi casusluq üçün ideal variant deyil. Ona görə sadiq ixtiraçı məsələnin həll yolunu tapır və Lensi göyərçinə çevirir. Filmi izləmək, həyəcanlı və maraqlı anları dostlarınız və yaxınlarınızla birlikdə bölüşmək üçün Cinema Plus Gəncə Mall-a buyura bilərsiniz.