“Saatlı Evin Sirri” Filmini Gəncə Mall-da İzləyin!

Gəncə Mall Cinema Plus hər zaman olduğu kimi bu həftə də yeni primeriya təqdim edir. 27 Sentyabrdan etibarən “Saatlı Evin Sirri” filmini Gəncə Mall-da izləyə bilərsiniz. 10 yaşlı Lewis Barnavelt ailəsini itirdikdən sonra əmisi Jonathanın yanına, M... read more
Gəncə Mall Cinema Plus hər zaman olduğu kimi bu həftə də yeni primeriya təqdim edir. 27 Sentyabrdan etibarən “Saatlı Evin Sirri” filmini Gəncə Mall-da izləyə bilərsiniz. 10 yaşlı Lewis Barnavelt ailəsini itirdikdən sonra əmisi Jonathanın yanına, Miçiqana göndərilir. Əmisini tanımağa çalışan Lewis, qısa zamanda onun sehirbaz olduğunu anlayır və bununla da sehirli dünyaya addım atır. O, sehirləri daha da dərindən öyrəndikcə bu gücün sadəcə yaxşı insanların əlində olmadığının fərqinə varır. Evin keçmiş sahibi, mənfur sehirbaz İsaac Izard qiyamətdən sonra nələr olacağı barədə maraqlanır. Bunun üçün İzard, arzusunu reallaşdırmaq üçün ölməzdən öncə evdə mənfi sehirli saat qoyur. Eli Roth-un rejisoru olduğu filmdə Cate Blanchett, Jack Black, Lorenza Izzo kimi aktyorlar rol almışdır. Filmi izləmək və həyəcanlı və maraqlı anları dostlarınız və yaxınlarınızla birlikdə bölüşmək üçün Cinema Plus Gəncə Mall-a buyura bilərsiniz.